Qaynaqçı
 
JOB TITLE: Qaynaqçı
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: N/A DEADLINE: 2020-12-18

Vəzifə: Qaynaqçı

Vəzifə öhdəlikləri:

- Cizgiləri, qaynaq simvollarını oxumağı və qaynaq alətindən istifadə qaydalarını bilməli;
- Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
- Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
- İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
- Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
- Temperatur rejiminə ciddi nəzarət etməlidir;
- Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
- Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
- İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalı;
- İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir.

Namizədə olan tələblər:

- Orta-texniki təhsil;
- Metalların növləri, tərkibi barədə məlumatlı olmalı;
- 21 — 65 yaş

Əmək haqqı: razılaşma yolu əsasında

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Qaynaqçı” qeydi edərək hrservice345@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP