Hüquqşünas və Sənəd dövriyyəsinə Nəzarət
 
JOB TITLE: Hüquqşünas və Sənəd dövriyyəsinə Nəzarət
EMPLOYER: Buta Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: 2020-11-20 DEADLINE: 2020-12-18

Vəzifə: Hüquqşünas və Sənəd dövriyyəsinə Nəzarət

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: - Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
Təhsil: Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Əmək haqqı – müsahibə əsasında 1300 AZN-dən başlayaraq

Tələblər:

- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Korporativ hüquq sahəsini bilməli və Korporativ sahə üzrə iş təcrübəsi olmalı;
- Elan olunmuş tenderlərdə iştirakın hüquqi əsaslarını və Dövlət satınalmaları haqqında qanunu, həmçinin təisçi qərarları haqqında biliklərə sahib olmalı;
- Səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi bilməli, inzibati sahədə nəzəri və praktik biliklər;
- Müqavilə və sənədləşmə haqqında biliklər;

Vəzifə və öhdəliklər:

- AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, Əlavə Razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması, Əmr, bildiriş, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilələri hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib hüquqi ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
- Kargüzarlığın əsaslarını bilmək və şirkət daxili sənəd dövriyyəsinə nəzarət etməli;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması.

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “Hüquqşünas” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP