Kateqoriya meneceri
 
JOB TITLE: Kateqoriya meneceri
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: N/A DEADLINE: 2020-12-18

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Kateqoriya meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 27 və ya üzəri

Vəzifə öhdəlikləri:

• Məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsini həyata keçirmək ;
• İllik satış planını hazırlanması, analiz və nəzarət edilməsini məqsədi ilə bazar və müştəri potensialını araşdırmaq;
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
• Həftəlik, aylıq, illik olaraq satılmış məhsulların kateqoriyalar üzrə analiz icra etmək;
• Alınması planlaşdırılan kateqoriya üzrə məhsulların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
• Məhsulun sifariş verildiyi andan, satış nöqtələrində satışa çıxarılanadək təqib olunması və bütün satış nöqtələrində olmasını təmin etmək və izləmək;

Tələblər:

• Bazar araşdırması və analizi texnikaları;
• Satış texnikaları baradə biliklər;
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək;
• Texnoloji məlumatlılıq;
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması);

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• İşlə bağlı bütün xərclər qarşılanır.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Kateqoriya meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 18.12.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP