Komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis
 
JOB TITLE: Komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-18 LAST UPDATED: N/A DEADLINE: 2020-12-18

Azərbaycan Beynəlxalq Bankı Maliyyə monitorinqi və komplayns departamentinin komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

- Mövcud qanunvericiliyin, AR Mərkəzi Bankı və AR Maliyyə Monitorinqi Xidmətinin, habelə FATCA-CRS tələblərinin yerinə yetirilməsinə nəzarət və monitorinq;
- Komplayns riskləri ilə bağlı halların aşkarlanması, onların yaranma ehtimalının müəyyən edilməsi, mümkün risklərin qiymətləndirilməsi.
- Bankda komplayns riskinin səviyyəsinin azaldılmasına yönəldilmiş tədbirlər kompleksinin əlaqələndirilməsi və hazırlanmasında iştirak;
- Bankın daxili sənədlərində nəzərdə tutulan komplayns riskinin idarə edilməsi ilə əlaqəli hüquqi bazada (qanunlar, digər normativ aktlar, fəaliyyət standartları və s.) dəyişikliklərin monitorinqi;
- Yeni və ya modifikasiya olunmuş bank məhsullarına və xidmətlərinə, habelə onların həyata keçirilməsi üsullarına dair komplayns riskləri baxımından rəylərin verilməsi;
- Bankın rəhbərliyinə təqdim olunmalı müvafiq hesabatların hazırlanması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

- İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan; (hüquqi təhsili olanlara üstünlük veriləcək)
- Banklarda hüquq, daxili nəzarət, audit, habelə idarəetmə strukturlarında minimum 2 - 4 il iş təcrübəsi olan;
- Ofis proqramlarında sərbəst iş bacarığı olan;
- Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
- Problemləri həlletmə bacarığı olan;
- Analitik təhlil bacarığı olan;
- Komandada iş bacarıqlarına sahib olan;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ komplayns risklərinin idarə edilməsi şöbəsinə aparıcı/baş mütəxəssis ")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP