İnvestisiya şöbəsinin baş mütəxəssisi
 
JOB TITLE: İnvestisiya şöbəsinin baş mütəxəssisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-11-20 LAST UPDATED: N/A DEADLINE: 2020-12-20

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Strategiya və investisiya departamenti,İnvestisiya şöbəsi
Vəzifə: Baş mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 24 noyabr 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

- Fəaliyyət istiqaməti üzrə qayda və prosedurların hazırlanması, təkmilləşdirilməsi istiqamətində işlərin aparılması
- İnvestisiya fəaliyyəti ilə bağlı sistematik təhlil və hesabatlılıq sisteminin formalaşdırılması
- İnvestisiya fəaliyyətini əks etdirən məlumatların proqram təminatlarında doğru və tam şəkildə əks olunmasının təmin olunması
- Büdcə prosesi vaxtı investisiya gəlirlərini proqnozlaşdırmaq;
- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi

Namizədə olan tələblər:

İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi.
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla, Rus dili – zəif;
Kompüter bilikləri: Microsoft Office (MS Excell - əla, MS Word – orta, Power Point – orta)
Üstünlüklər: R Proqramlaşdırma dili üzrə biliklər, CFA və ya FRM beynelxalq sertifikatlarının olması.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müstəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M. Useynov küçəsi 61
Əlaqə vasitələri: www.pasha-life.az; (012) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “İnvestisiya şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP