Vakansiya haqqında:
Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyən olunacaqdır) İş rejimi: 08:30-17:30, 6 günlük iş həftəsi İş yeri: Bakı
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, LinkedInInstagram və s.) ilə işləmək; - Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək; - Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; - Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq; - Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək; - Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq; - Bütün SMM kanallarına nəzarət etmək; - Hesabatları hazırlamaq.
Tələblər:
- Təhsil : Ali; - Sosial media sahəsində minimum 1 il iş təcrübəsi; - Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək; - Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı; - Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı; - Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı; - Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti; - Windows əməliyyat sistemi, Adobe Photoshop, Adobe Illustrator dizayn proqramı və əlavələrində işləmək bacarığı; - Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə və qrafik dizayn bacarığı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SMM ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edərək info@unitexnika.az elektron ünvanına göndərmələri xahiş olunur.
|