
Vəzifənin adı: Baş mühasib
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində mühasibatlıq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ən ideal namizəd:
- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli - Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla) - MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.
O cümlədən:
- İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı - Milli və beynəlxalq uçot standartlarını bilməli - Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Hansı işləri görəcəksiniz:
- Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək - Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək - Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək - Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək - Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı - Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi - Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy - Davamlı karyera imkanı - Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında - Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə - İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi - İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
|