Ticari marketinq meneceri
 
JOB TITLE: Ticari marketinq meneceri
EMPLOYER: Sirab ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-15 LAST UPDATED: N/A DEADLINE: 2021-01-14

Ticari marketinq meneceri

Əsas tələblər:

- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Kompüter bilikləri: MS Office - əla;
- Dil bilikləri: İngilis - yaxşı, Rus – yaxşı;
- Təcrübə: Ticari marketinq sahəsində ən azı 3 il, Marketinq sahəsində ümumi 5 il iş təcrübəsi;
- Marketinq sahəsi üzrə əsas biliklər;
- Datanı təhlil etmək, təhlil nəticəsində problemləri müəyyənləşdirmək və onların həll yollarını müəyyən etmək;
- Pərkandə bazarı və xüsusi ilə su və içki sektoru üzrə bilklər;
- Satış nöqtələrində istehlakçı yönümlü tətbiqetmələr, promosiya fəaliyyətləri, reklam və pop yerləşdirmə, qiymətləndirmə, araşdırma kimi mövzularında bilik və təcrübə;
- Ticarət tərəfdaşlığının inkişaf etdirilməsi yönündə danışıq bacarıqları;
- Yüksək səviyyədə təşkilatçılıq və planlaşdırma bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

- Komanda üzvlərinin inkişaf və motivasiyasına müsbət təsir göstərəcək liderlik və idarəetmə bacarıqları;
- Aydın və inandırıcı ünsiyyət qurma bacarığı;
- Strateji və taktiki vizyona sahib olmaq;
- İşini sevmə və sürətli iş tempinə asanlıqla uyğunlaşa bilən.

Digər tələb və üstünlük göstəriciləri:

- Marketinq sahəsi üzrə beynəlxalq və ya yerli sertifikat;
- Su və içki sektoru üzrə təcrübə.

İş barədə:

Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:
- Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
- Ticari marketinq fəaliyyətinin idarə edilməsi;
- Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
- Marka strategiyalarına uyğun promosiya və kampaniyalar təklif etmək;
- Bazar araşdırmaları etmək;
- Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi;

- Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi;
- Pərakəndə satış nöqtələri üçün marketinq strategiyalarının inkişaf etdirilməsi;
- Şirkətin marketinq hədəflərinə uyğun penetrasiyanın təmin edilməsi və bu məqsədlə satış ediləcək nöqtələrin müəyyənləşdirilməsi;
- Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
- Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq;
- Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması;
- Dağıtım, sərgiləmə, rəf, mağazadakı fəaliyyət planlarının yaradılması və onların ən effektiv şəkildə həyata keçirilməsi üçün yoxlama (checklist) sisteminin qurulması və təqib edilməsi.

Təhlil və hesabat üzrə:
- Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
- Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
- Rəqibləri araşdırmaq və təhlil etmək, lazımi hesabatları rəhbərliyə təqdim etmək;
- Qiymətlərin yerləşdirilməsi baxımından rəqib qiymətlərini təhlil edərək, rəqabətli qiymət strukturunun yaradılması;
- Bazar məlumatlarının təhlil edilməsi;
- Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması;

İş vaxtının norması:

- 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

- Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP