Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi (vergi üzrə)
 
JOB TITLE: Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi (vergi üzrə)
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-15 LAST UPDATED: 2020-12-15 DEADLINE: 2021-01-14

Struktur bölmə: Maliyyə departamenti,Mühasibatlıq şöbəsi
Vəzifə: Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 20 dekabr 2020

Vəzifə Öhdəlikləri:

1. Vergi qanunvericiliyinə və şirkətin Vergi siyasətinə uyğun olaraq mühasibat uçotunu təşkil etmək;
2. Dövrlər üzrə mühasibat yazılışlarının mühasibatlıq sistemində Vergi hesabatları üçün uyğunluğunu yoxlamaq;
3. Bütün əməliyyatlar üzrə vergiləri hesablayıb mühasibatlıq proqramına daxil etmək;
4. Xərclərin mühasibatlıq sistemində sənədlərə və elektron qaimələrə uyğunluğunu yoxlamaq;
5. Daxil olan və göndərilən elektron qaimələrə nəzarət etmək;
6. Əsas vəsaitlərin, qeyri maddi aktivlərin uçotunu aparmaq və amortizasiya ayırmalarını hesablamaq.
7. Vergi bəyannamələrini və digər aidiyyatı dövlət qurumlarına hesabatları hazırlamaq.
8. Şirkətdə vergilər ilə bağlı yaranan bütün məsələləri araşdırıb rəy bildirmək.

Namizədə olan tələblər:

- İş təcrübəsi: Maliyyə-mühasibatlıq-vergi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə və Hüquq sahəsi üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta
- Texniki biliklər: Azərbaycan Respublikası Qanunvericiliyi: Vergi qanunvericiliyi, Mülki Məcəllə, Sığorta qanunvericiliyi.
- Kompüter bilikləri: MS Office:orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Mühasibatlıq şöbəsinin mütəxəssis - mühasibi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP