
CRM GROUP MMC “Baş mühasib” vakansiyası üzrə işçi tələb olunur:
Tələblər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə) • Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi • Rus və İngilis dillərini bilməsi arzu olunandır • 1C (8.3) proqramında işləmək bacarığı
Vəzifələr:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək - Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək - Proqram üzrə mühasibat yazılışlarının verilməsi - Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək - Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi - Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması - Rəsmi hesabatların hazırlanması və təqdim olunması - Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi - Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması - Kreditor və debitorlar ilə üzləşmələrin aparılması - Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi - İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə - Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü) - Əmək haqqı razılaşma əsasında
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" sözünü qeyd etməklə recruitment@crmgroup.az elektron poçtuna göndərə bilərlər.
|