
Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Mexaniki bölmənin supervayzeri” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
• Müştəriylə razılaşdırılmış siyahıya uyğun işlərin bütün növlərinin icrasını təmin edir; • Təmir briqadasının işçilərinin işçi yüklünü bölür. İşlərin icra vaxtına, təmir texnologiyalarına riayət edilməsinə nəzarət edir. Boşdayanma vaxtının azaldılmasına çalışır; • Əmək intizamına, iş yerində davranış standartlarına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir. Briqada işçilərinin mükafatlandırılması və cəzalalandırılması haqqında rəhbərə məlumatlar verir, iş/məzuniyyətlər qrafikini planlaşdırır; • Mürəkkəb və ya xüsusi ixtisaslaşdırılmış iş növlərinin yerinə yetirilməsi üçün subpodrat briqadaların (tornaçı, qaynaqçı və s.) cəlb edilməsi üçün təşəbbüs edir; • Biliklər və bacarıqlar tələb edən xüsusi çətin hallarda təmir işlərinin icra edilməsi üzrə texniki dəstək göstərir; • İşçilərin texniki biliklərinin artrılması və treninqlərdə iştirak etməsi üçün təkliflər hazırlamalı; • Zəruri olduqda müştəriylə əlaqə yaradır, avtomobil markasının texniki quruluşunu və istismarını izah edir. • Briqadanın üzvlərinin gündəlik işçi əməkdaşlığını nizamlayır, ehtiyac olduqda mübahisəli vəziyyətləri və münaqişələri həll edir; • Universal və xüsusi alətlərin, avadanlıların qəbulunu, saxlanmasını, verilməsini təşkil edir. İstehsalçının xüsusi alətlərinin lazımi saxlanmasını, qeydiyyata alınmasını və silinməsini təmin edir; • İnventarın, kimyəvi reaktivlərin, xüsusi iş paltarlarının, tez işlənən materialların alınmasını, lazımi qaydada silinməsini yerinə yetirir. Anbarda lazımi saxlanma qaydasını təmin edir; • Avtomobillərin (və ləvazimatların) qorunmasını, onların servisdə təmir dövründə saxlamasını təmin edir; • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
Namizədlərə tələblər:
• Yaş: 20-40; • Ali texniki təhsil; • İstehsalçının vəzifəyə uyğun peşəkar sertifikatının mövcudluğu; • İstehsalçı markası üzrə ən azı 5 illik iş təcrübəsi; • Biznes idarəetmə keyfiyyətləri; • Azərbaycan və rus dillərini bilməli, ingilis dili üstünlükdür; • MS Office proqramlarında işləmə bacarığı; • Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti; • Təqdimat üsulları bacarığı; • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalısı.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Mexaniki bölmənin supervayzeri " qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.
|