Korporativ satış üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ satış üzrə mütəxəssis
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-15 LAST UPDATED: N/A DEADLINE: 2021-01-14

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik.

Korporativ satış üzrə mütəxəssis

İşin təsviri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• Müştərilərlə işgüzar və korporativ danışıqların aparılması;
• Satışın artırılması məqsədilə müştərilərin müvafiq məlumatlarla təmin edilməsi: əyani nümayişlər, kataloqlar, reklam materialları, qiymətlər və s.;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Korporativ satış planının yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: ən azı 3 il (Korporativ satış sahəsində təcrübəsi olanlara üstünlük verilir);
• Yaş həddi - 25-35;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
• MS Office proqramları üzrə biliklər;
• İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır;
• Müştəriyönümlü satış etmək bacarığı olmalı;1
• Liderlik keyfiyyətlərinə malik olmalı.

Maraqlananlar saytda https://www.metak.az/resume/resume.php?vid=84 onlayn-anketi dolduraraq və ya hr@metak.az ünvanına CV göndərərək 15.01.2021 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP