Ofis meneceri
 
JOB TITLE: Ofis meneceri
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-15 LAST UPDATED: N/A DEADLINE: 2021-01-14

Vəzifə: Ofis meneceri
İşəgötürən: Qartal Tikinti Firması
İlkin əmək haqqı: 500-600 AZN
İş yeri: Sumqayıt şəhəri

Tələblər:

1. Ali təhsilli olmalı;
2. Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
3. Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
4. İngilis və rus dili bilməsinə üstünlük verilir;
5. İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
6. İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
7. 23-35 yaş həddində xanım olmalı;
8. Sumqayıt şəhərində yaşaması arzuolunandır.

İş haqqında məlumat:

1. Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
2. Kargüzarlıq sənədlərinin dövriyyəsinin təmin edilməsi;
3. Kargüzarlıq sənədlərinin təyinatı üzrə arxivdə yerləşdirilməsi;
4. Tələb olunan hesabatların aparılması;
5. Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
6. Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
7. Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
8. Gündəlik tabelin yazılması;
9. E-gov saytında işçilərin əmək müqaviləsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
10. Məktubların, emaillərin yazılması və göndərilməsi;
11. Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İşçi üçün yaradılan şərait:

1. İş saatı 09:00-18:00;
2. Nahar firma hesabına verilir;
3. İstirahət günü - Şənbə və Bazar günləri;
4. İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir.

CV-nizi mövzu yerində “Ofis meneceri” qeyd etməklə info@qartal.az email ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP