
Business Development Consultant
Ümumi tələblər:
• Ali təhsil (Maliyyə, Marketinq); • Tibbi sahə və dərman preparatları üzrə biliklər; • Satış və ya marketinq üzrə 3-5 il iş təcrübəsi; • Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı; • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti; • Dəqiqlik, operativlik;
Vəzifə öhdəlikləri:
• Yeni istehsalçıların müəyyən edilməsi, mütəmadi daxili və xarici bazarın monitorinqinin həyata keçirilməsi; • Rəqiblərin qiymət və marketinq təkliflərinin müəyyən olunması; • Marketinq və biznesin inkişafında yeni dərman preparatlarının araşdırılması; • Yeni dərman şirkətlərinin və satış kanallarının müəyyən olunması, onlarla əməkdaşlığın təmin edilməsi; • Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi; • Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə, maliyyə və layihə hesabatlarının aparılması; • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması; • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi; • Analitik hesabatların hazırlanması;
İş şəraiti:
• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93); • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; • Nahar şirkət tərəfindən təmin olunur; • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
|