Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
 
JOB TITLE: Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-16 LAST UPDATED: 2020-12-16 DEADLINE: 2021-01-15

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kreditlərin Bərpası Departamentinin Əmlak Satışı şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin Bərpası_Satış_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

Struktur: Kreditlərin Bərpası Departamenti / Əmlak Satışı şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Bankın balansında olan əmlakın satışının təşkili;
• Təqdimat materiallarının hazırlanması və İnternet meydançalarında (saytlarda) yerləşdirilməsi;
• Potensial müştərilərlə görüşlər və məsləhətləşmələr, müştərilərlə iş;
• Daşınmaz əmlak obyektlərinin müştərilərə nümayiş etdirilməsi;
• Sövdələşmələrin bütün mərhələlərində müştərilərin müşayiət olunması, müqavilələrin bağlanması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (əsasən əməliyyat şöbəsi);
• MS Office (Word, Excel, Power Point, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Güclü ünsiyyət və komandada işləmək bacarığı;
• Məsuliyyət və stresə davamlılıq;
• Diqqətlilik, gündəlik işi yerinə yetirmək bacarığı.
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP