.png)
Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Web və Mobil API tətbiqlərinin manual və avtomatlaşdırılmış testi; • Ödəmə sisteminə qoşulan xidmətlərin funksionallığını yoxlamaq; • Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək; • Texniki işlərin sənədləşməsi və hazırlanması; • Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək; • Məhsulların analizi, keyfiyyətin yoxlanması və xətaların aradan qaldırılması; • Ödənişlərdə yaranan problemləri analiz etmək, qarşılarını almaq üçün tədbirlərin görülməsi; • Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.). Namizədə qoyulan tələblər:
• Ali təhsil; • Ən azı 1 il iş təcrübəsi; • Məhsulların analizində analitik - alqoritmik düşünmə qabiliyyəti; • Texniki sənədlərin tərtibi; • QA işlərində və Test İdarəetmə Proqramlarında (Test Management Software) təcrübə; • Kompyuter elmləri bilikləri; • Komanda şəkilində işləmə bacarığı; • Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. İş şəraiti:
• Ofis daxili; • Əmək haqqı 800 AZN • İş rejimi həftənin 5 günü (09:00 – 18:00); • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; • Əmək haqqının 15 gündən bir ödənilməsi; • Tibbi sığorta təminatının verilməsi; • Nahar yeməyinin verilməsi; • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
|