
Vəzifə: Vergi uçotu üzrə mühasib (mütəxəssis/aparıcı mütəxəssis) İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis Şöbə: Vergi uçotu
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil • Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə) • Yaş: 21-35; • Sırf müvafiq minimum 1 il iş təcrübəsi mütləqdir • Vergi məcəlləsi bilikləri (əla səviyyədə)
Vəzifə öhdəlikləri:
• Firmalara elektron qaimələrin yazılması, EVHF-ların göndərilməsi • Alınmış malların siyahısının yığılması • Müvafiq tədarükçülərə uyğun olaraq logo proqramında alış ekstresinin alınması • Logo proqramında müvafiq Bonus müştəriləri üzrə yüklənilmiş bonuslarının ödənilmiş məbləğlərə əsasən yoxlanılması • ƏDV bəyannaməsinin göndərilməsi, kameral uyğunsuzluqların araşdırılması • Cari qalıqların təqdim olunması • Müqavilələrin yoxlanılması (alqı-satqı, bonus kart) qeydiyyatının exceldə aparılması
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir; • Korporativ nömrə ilə təmin edilmə; • Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə mühasib " yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
|