İnsan Resursları Departamentində təcrübəçi
 
JOB TITLE: İnsan Resursları Departamentində təcrübəçi
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-16 LAST UPDATED: N/A DEADLINE: 2021-01-15

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

"Optimal Elektronika" MMC İnsan Resursları Departamentində təcrübəçi vakansiyasını açıq elan edir:

Tələblər:

- Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
- Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
- Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Biz Sizə təklif edirik:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Karyera yüksəlişi imkanı;
- Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://jobs.talhunt.az/optimal/417-%c4%b0nsan+resurslar%c4%b1+%c3%bczr%c9%99+t%c9%99cr%c3%bcb%c9%99%c3%a7i

Son tarix: 30.01.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP