Topoqraf- geodezist
 
JOB TITLE: Topoqraf- geodezist
EMPLOYER: GM Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-16 LAST UPDATED: N/A DEADLINE: 2021-01-15

İş barədə məlumat – “GM Construction” MMC
Vakansiyanın adı: Topoqraf- geodezist

Əmək funksiyaları:

- Bina və qurğuların layihələrə uyğun dəqiq nişanlanmasını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədilə, vaxtlı-vaxtında kompleks geodeziya işlərinin yerinə yetirilməsini təşkil edir.
- Səmərəli metodların, ölçü və nəzarətedici vasitələrin istifadə edilməsinə, çöl və kameral işlərin icra olunma vaxtının müəyyənləşdirilməsinə, geodeziya təminatına aid normativ sənədlərin tətbiq və onların tələblərinə riayət edilməsinə aid geodeziya təminatı üzrə işlərə texniki və metodiki rəhbərdik edir.
- Geodeziya işlərinin (çöl jurnallarının aparılması, çıxartmalar, zəruri köçürmələr, o cümlədən açıq xəndəklərdəki yeraltı kommunikasiyaların, geodeziya icra sənədlərinin işlənib hazırlanması və saxlanması) yerinə yetirilməsinə nəzarət edir.
- Ən məsuliyyətli və mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak edir, Geodeziya ölçü və nəzarətedici vasitələrinin uçotunu aparır, onlara olan tələbatı müəyyənləşdirir, vaxtlı-vaxtında onların təmirinin və müvafiq idarələr tərəfindən yoxlanılmasını təşkil edir.
- Tikinti norma və qaydalarında (Tİ və Q) və layihə sənədlərində həndəsi parametrlərə qoyulan tələblərn pozulması haqqında ümumi jurnalda qeydlər aparır və bu barədə idarə rəhbərlərini xəbərdar edir.
- Geodeziya işlərinə aid yeni metod və vasitələri istehsaltada tətbiq edir. Geodeziya bölgü əsaslarının sifarişindən qəbul edilməsində iştirak edir.
- Tikinti təşkilatlarının bölmələrində geodeziya təminatı işlərini təşkil edir və əlaqələndirir.
- Geodeziya işlərinin icra layihələrini araşdırır və razılaşdırma üçün hazırlayır.
- İllik və perspektiv təkmilləşdirilmiş metodlarla aparılmasına və yeni texnikanın tətbiq olunmasına aid işlər görür.

Namizəd üçün tələblər

- Geodeziya aid avadanlığı olanlara üstnlük verilir.
- Sahə üzrə 3 il iş təcrübəsi;
- İnşaat sahəsində ali təhsil;
- MS Office, 1C, AutoCAD bilikləri;
- 30-60 yaş həddi;
- Azərbaycan dilində sərbəst ünsiyyət qabiliyyəti;
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
- Komandada işləmək bacarığı;
- Ezamiyyələrə hazır olmalı.

İş şəraiti:

- 6 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

CV-ləri khayyam.asgarov@gmco.az mailine göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP