Laboratoriya şöbəsinə Həkim
 
JOB TITLE: Laboratoriya şöbəsinə Həkim
EMPLOYER: Leyla Medical Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-18 LAST UPDATED: N/A DEADLINE: 2021-01-17

Leyla Medical Center MMC namizədləri Laboratoriya şöbəsinə Həkim vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsinin təmin edilməsi;
• Alət, aparat və avadanlıqların istismarı, dərman preparatlarının səmərəli istifadəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
• Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün istifadəyə nəzarət edir.
• Mikroskopiya bacarıqları əsas tutulur.

Tələb olunan bilik və bacarıqlar:

- Ali təhsil;
- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan
- Dil bilikləri
- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
- İngilis dili arzu olunandır;
- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@leylamc.az elektron ünvanına göndərə bilərlər və ya +994 55 300 10 89 nömrəsi ilə əlagə saxlaya bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının «Laboratoriya şöbəsinə Həkim» göstərilməsi xahiş edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP