
Maliyyə üzrə koordinator (Şirvan filialı)
Ümumi tələblər • Ali təhsil; • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər; • Stressə davamlılıq, komanda şəklində işləmək bacarığı, obyektiv qərar vermək qabliyyəti; • Azərbaycan dili, Rus dili bilikləri üzrə biliklər; Vəzifə öhdəlikləri • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və şirkətdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunun təşkil edilməsi; • Filial müdiri ilə koordinasiyalı olaraq, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi; • Filial üzrə maliyyə və mühasibat uçotunun aparılması, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərinin hesablanması, proqnoz və idarəetmə hesabatlarının hazırlanması; • Müəyyən olunmuş prosedur-qaydalara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib edilməsi; • Filial üzrə maliyyə və statistik hesabatların tərtib edilməsi və müəyyən olunmuş qaydada baş ofisə təqdim edilməsi; • Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsinin təmin edilməsi; • Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması; İş şəraiti:
• İş yeri – “Zeytun Pharmaceuticals” MMC-nin Şirvan filialı (Ünvan: Şirvan şəh., H.Əliyev pr.,416); • 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 16:30-dək ; • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir; Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
|