Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: RD SMART DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-18 LAST UPDATED: N/A DEADLINE: 2021-01-17

RD SmartQSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. "Made in Azerbaiian” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.
Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.

Vakansiya: Satış təmsilçisi

Namizədə tələblər:

• Ali təhsil;
• İstehsal sahəsində müvafiq vəzifə üzrə minimum 1 illik iş təcrübəsi;
• Türk və ya İngilis dili üstünlük kimi qiymətləndirilir;
• MS Office proqramlarının biliyi;
• Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
• Analitik düşünmə bacarığı;
• Müştəriyönümlü satış bacarığı.

Satış təmsilçisinin vəzifə öhdəlikləri:

• Müştərilərlə əlaqələrin inkişafı və dəstəyi;
• Danışıqların aparılması;
• Müştərilər üçün kommersiya təkliflərin hazırlanması;
• Satışların proqnozlaşdırılması;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• Müştərilərin profilini yaradılması və yenilənməsi;
• Görüş hesabatlarının hazırlanması;
• Fəal satışların koordinasiyası.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Dekabr, 2020-ci il tarixinədək info@rdsmart.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Satış təmsilçisi) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP