Vəzifə: İlməkçi-Takelajçı
Əsas vəzifə və öhdəliklər:
1.Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək; 2.Kran maşinistinə siqnal, işarələrin verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək; 3.Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin seçilməsi qaydasını bilmək; 4.Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək; 5.Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq; 6.Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək; 7.Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək; 8.Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək; 9.Yük tutucu vasitələrin iş prinsipini bilmək; 10.Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək; 11.Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək; 12.Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏMM qaydalarına ciddi riayət etmək; 13.İlk yardım qaydalarını bilmək; 14.İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək; 15.Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək;
Tələb olunanlar:
- Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir) - Təcrübə: Sahə üzrə ən az 3 il
İş barədə məlumat:
“Crocus Construction” MMC, Nardaran qəsəbəsi. Ə/h 728 AZN. Qrafik 6/1, 09:00-18:00 Koroğlu metrosundan nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az
|