Vəzifə: Elektrik montyoru
Əsas vəzifə və öhdəliklər:
1.Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik və gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının çeşidlərini, elektrik sxemlərini, düzgünlüyünü yoxlamaq üsullarını və qaydalarını; 2.Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsi metodları; elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət qaydaları; 3.Elektrik kabellərin,maşınlarının, elektrik cihazlarının kompleks sınaq üsulları; 4.Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyatı və digər texniki sənədlərin tərtib edilməsi qaydaları; 5.Yarımstansiyaların 0.4kV hissəsindən anlayışı olmalıdır; 6.Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun ilaraq montaj və təmir işləri; 7.Genetator, transformator, 0.4kV paylayıcı panellərlin və müxtəlif elektrikli əl alətləri və qaynaq apparatlarının istismar zamanı xidmət və təmir işləri; 8.Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi; 9.Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək; 10.Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması; 11.Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması; 12.Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirilməsi; 13.Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi 14.İlk yardım qaydalarını bilmək; 15.İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək; 16.Bilavasitə rəhbərliyin əmrləri və təlimatları icra etmək; 17.Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏM qaydalarına ciddi riayət etmək;
Tələb olunanlar:
- Təhsil dərəcəsi: Orta (Müvafiq sahə üzrə Azərişıq ASC və ya "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmış təlim müəssisələrində təlim almış, hər il təkrar bilik yoxlamasından keçmiş və sertifikatlı olması vacibdir) - Təcrübə: Sahə üzrə ən az 3 il
İş barədə məlumat:
“Crocus Construction” MMC, Nardaran qəsəbəsi. Ə/h 900 AZN. Qrafik 6/1, 09:00-18:00 Koroğlu metrosundan nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: recruitment@seabreeze.az
|