Reklam və Poliqrafiya məhsulları/həlləri üzrə akkaunt satış meneceri
 
JOB TITLE: Reklam və Poliqrafiya məhsulları/həlləri üzrə akkaunt satış meneceri
EMPLOYER: Azimut LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-24 LAST UPDATED: N/A DEADLINE: 2021-01-23

İş təklifi:

Azimut MMC – Reklam və Poliqrafiya məhsulları/həlləri üzrə akkaunt satış meneceri (MM)

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bazar analizi
  o Reklam və Poliqrafiya məhsulları/həlləri bazarının araşdırılması,
  o Reklam və Poliqrafiya məhsulları/həlləri bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
  o Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
• Satışın həyata keçirilməsi
  o Target list (Hədəf siyahısının) hazırlanması,
  o Müştərilərin cəlbi üçün aksiyaların hazırlanması və keçirilməsi,
  o Potensial müştərilərlə görüşlər, ziyarətlər, müzakirələr,
  o Potensial müştərilərə təkliflərin göndərilməsi,
  o Çeşidə daxil olan satışın təşkili,
• Marketinq aksiyalarının planlaşdırılması və həyata keçirilməsində iştirak,
  o Müvafiq Facebook səhifəsində sorğu və şərhlərin cavablandırılması,
  o Lokal və beynəlxalq sərgilərin ziyarət olunması və ezamiyyətlər,
  o Şirkət daxilində müvafiq kateqoriya üzrə ekspert olma,

İŞ ŞƏRTLƏRİ:

• Əmək haqqı start 400AZN (Adaptasiya müddəti ərzində).
• Adaptasiya müddəti ödənişlidir (2 ay).
• Əmək haqqı sonrakı 4 ay ərzində 400AZN və ya 200AZN + 1.5% bonus (hansı daha çox olarsa – seçim edir əməkdaş özü).
   o Bonuslara təsir edən amillər – satış planı, ödəniş planı, gəlirlilik dərəcəsi, debitor borclarının həcmi (nisyə həcmi).
• İş yeri: Bakı ş. mərkəzi – şirkətin ofisində.
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq (yerli və xarici, həmçinin online).
• İş/Fəaliyyət istiqaməti – Reklam və Poliqrafiya məhsulları/həlləri
• İş vaxtı 9.00 – 18.00, şənbə günü 10.00 – 16.00.
• İlkin təlim tam olaraq həyata keçiriləcək.

İŞ BAŞLAMA TARİXİ VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR PAKETİ:

• İşə başlama tarixi – dəqiqləşdirilməlidir.
• Şəxsiyyət vəsiqəsinin sürəti.
• Xarici pasportun sürəti.
• Ali təhsili təsdiq edən sənəd – diplomun kopyası.
• Tərcümeyi hal.
• Foto şəkil – 1 ədəd.
• Əmək kitabçası.
• Mühasibatlığın tələb edəcəyi digər sənədlər siyahısı əlavə olaraq bildiriləcək (olduğu halda).

Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı
(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).

E-mail: info@azimut.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP