
MKT-İK MMC (Pambıq müəssisəsi) Təlim və inkişaf üzrə Menecer vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
• İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası; • İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi; • Görülən işlərin analizi, son stasusu, qiymətləndirmə sistemləri və müntəzəm konsultasiyalar vasitəsi ilə inkişaf ehtiyaclarının müəyyən olunması; • Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanması və razılaşdırılması; • Şirkətdə təlim işinin qurulması və həyata keçirilməsinin koordinasiyası; • Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək; • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi; • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi; • Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi. • Şirkətdaxili və xarici təlimlərin təşkil olunması; • Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi; • Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi; • Təlimlərin idarəedilməsi sisteminin dəstəklənməsində yardım; • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.
Tələblər
• Ali təhsilin olması. • Təlim Meneceri olaraq ən azı 5 il iş təcrübəsi; • Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı; • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq; • Ölkədaxili ezamiyyət etmək imkanı;
İş qrafiki: 5 günlük, 09:30-18:30
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təlim və inkişaf üzrə Menecer” yazmaqla müraciət edilir.
|