Marketinq Dizayner
 
JOB TITLE: Marketinq Dizayner
EMPLOYER: Neptun Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-24 LAST UPDATED: N/A DEADLINE: 2021-01-23

Neptun Supermarketlər” Şəbəkəsi Azərbaycanın ilk şəbəkə supermarketləridəndir.

2003 cü ildə 28 may metro stansiyası yaxılığında ilk filialı ilə fəaliyyətə başlayan Neptun Supermarketlər Şəbəkəsi artıq Bakının bir çox ərazilərində müştərilərin xidmətindədir.

Müştəri məmuniyyəti və sərfəli qiymət prinsipini öndə tutan Neptun Supermarketlər Şəbəkəsi gündəlik olaraq minlərlə müştəriyə xidmət etməkdədir.

Vakansiya: Marketinq Dizayner

İş barədə məlumat:

- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi
- Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması

Tələblər:

- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 20 – 30
- Dinamik və pozitiv olmalı
- Komanda ruhu ilə çalışmağı bacarmalı
- Punktual, Operativ və Kreativ
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi
- Azərbaycan dili əla,Rus və ingilis dili arzuolunandır
- CorelDRAW, Adobe Photoshop, Adobe Illustrator – bilikləri əla səviyyədə
- Təcrübə 1-3 il

İş şəraiti:

-Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
-İş qrafiki: - 5 gün saat 09:00-dan 18:00-dək
  şənbə günü 09:00-dan 15:00-dək
-Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq Dizayner” qeyd etməklə hr@neptun.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP