STRUKTURUN ADI: 16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)
VAKANT VƏZİFƏLƏR: Mütəxəssis və orta idarəetmə vəzifələri ƏMƏK HAQQI: 1100-1500
VƏZİFƏ FUNKSİYALARI: - Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq mərkəzinə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi; - İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; - Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; - Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılmasında və onlara vaxtında cavab verilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi; - Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması onların qəbul edilməsi; - Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərin göstərilməsi; - Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi; - Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi; - Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.
VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil; (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr) - İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir; - Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (orta səviyyədə), ingilis dili (arzuolunandır) - Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Məsuliyyətlilik - Etibarlılıq, dürüstlük - İnkişaf yönümlü və innovativlik - Operativlik, çeviklik - Təşəbbüskarlıq - Nəticəyə hədəfli
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “16 Saylı Ərazi Məşğulluq mərkəzi (Saatlı, Sabirabad, İmişli, Cəbrayıl)” yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
|