
“Qaynaq üzrə mühəndis” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti
• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi • 5 günlük iş həftəsi • Nahar fasiləsi: 12:00-13:00 • Nahar və nəqliyyat servisi müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• Cizgiləri oxuma bacarığı; • Cizgi üzərindən qaynaq prosesinə və metal konstruksiya yığımına nəzarət; • Qaynaq prosedurlarının hazırlanması və tətbiqi; • Mexaniki cizgilərin analizi; • Mexaniki cizgilər üzərində yarımfabrikat və tam məhsulların uyğunluq baxışının keçirilməsi; • Tələb olunan xammallara (metal, elektrod və s.) giriş nəzarətinin tətbiqi; • Fotoraport, akt, protokol və prosedur üzrə tələb olunan sənədləşmələrin aparılması.
Tələblər:
• Ali təhsil (mühəndis ixtisaslı), • İxtisas üzrə minimum 3 il iş təcrübəsi, • EN standartı əsasında qaynaq mühəndisi kimi fəaliyyətini təsdiq edən sertifikatı olmalı; • Qaynaq tikişlərinin yoxlanılması, istehsal prosesləri və metalkonstruksiya birləşmələrinə nəzarətin tətbiq edilmə qaydalarını bilməli; • Qaynaq sahəsi üzrə prosedur və təlimatların hazırlanma qaydalarını və tətbiqini həyata keçirə bilməli; • Kompüter bilikləri - Excell və MS office proqramları, • İSO9001, İSO22000 standartlarını bilmək, • Azərbaycan, Rus və İngilis dili, • Fikrini izah etmək qabiliyyəti, • Ünsiyyət yaratmaq bacarığı, • İşə planlı yanaşması, • Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qaynaq üzrə mühəndis” e-mail də mövzu (subject) bölməsində göstərin.
|