Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-29 LAST UPDATED: N/A DEADLINE: 2021-01-28

Vəzifənin adı : Baş mühasib

Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində mühasibatlıq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ən ideal namizəd :

- Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla)
- MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.

O cümlədən :

- İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı
- Milli və beynəlxalq uçot standartlarını bilməli
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
- Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir 

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
- Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy
- Davamlı karyera imkanı
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP