
Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən və hazırda Float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olan "AzerFloat" Vərəqə Şüşə İstehsalı Zavodunun ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcəyi nəzərdə tutulur.
Vakansiya: Anbar rəisi
İş yeri: Azerfloat QSC, Sumqayit Kimya Sənaye Parkı
Əsas vəzifələri:
- Bölmənin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək; - Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək; - Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək; - Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir, hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tətbiqində iştirak edir - İstehsalat prosesinin bütün sahələri üzrə tələb olunan məsələləri həll etmək üçün bölmənin anbardarına, yükdaşıyanların briqadirlərinə göstərişlər, əmrlər verir və onların şərtsiz icra olunmasını tələb etmək; - Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək; - Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi; - İnventarizasiya prossesində iştirak edilməsi;. - Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi; - Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi;Anbar işçilərinin iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;
Tələblər:
- Ali təhsil; - Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; - MS Office(MS Excel, MS Word, MS Outlook) və 1C üzrə biliklər proqramlarından sərbəst istifadə qabiliyyəti,; - İdarəetmə bacarığı, komanda şəklində iş qurmaq bacarığı, operativ qərar vermək qabiliyyəti; - Azərbaycan dili, Rus dili bilikləri (yüksək səviyyədə) üzrə biliklər
İş şəraiti:
- Tibbi sığorta - İş qrafiki: 5 günlük - İş saatı: 09:00 – 18:00 - Servis və nahar ilə təmin edilir
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Müraciətlər: recruitment@azerfloat.az elektron poçt ünvanına göndərilməlidir. Zəhmət olmasa mövzudakı vəzifənin adını göstərin.
|