İnsan Resursları üzrə mütəxəssis ( Gəncə )
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis ( Gəncə )
EMPLOYER: Göygöl Təhsil Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-12-30 LAST UPDATED: N/A DEADLINE: 2021-01-29

Şirkət: Göygöl Təhsil Mərkəzi

Təhsil Mərkəzi 2012-ci ildə Göygöl rayonunda abituriyent hazırlığı kimi fəaliyyətə başlamışdır. Şirkət hal-hazırda 5 filialda (2 filial - Gəncə, 2 filial - Göygöl, 1 filial - Şəmkir) və aşağıdakı xidmətlər üzrə fəaliyyət göstərərək, böyüməkdə davam edir. Hədəfimiz milli təhsil brendi yaratmaq və bütün ölkə üzrə genişlənməkdir.

- Abituriyent hazırlığı
- Təkmilləşdirmə kursları
- Müəllimlərin işə qəbul (MİQ) imtahanlarına hazırlığı

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis-Gəncə

İş yeri: Gəncə şəhəri
İş saatı: 09:00 - 18:00
İş rejimi: 6 günlük

Əsas vəzifə və öhdəlikləri

- Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
- Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
- İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək;
- İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq;
- İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək və s.

Namizədə tələblər:

- Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
- İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Məsuliyyətlilik, təşəbbüskarlıq, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik,
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-lərin “İR mütəxəssis-Gəncə” başlığı ilə hr.goygoltm@gmail.com mail ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP