
Vakansiya: İnsan Resursları üzrə mütəxəssis
Tələblər:
• Təhsil: Ali; • Bank və ya BOKT sfreasında iş təcrübəsi üstünlükdür. • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür. • Kadr kargüzarlığı sahəsində minimum 2 il təcrübəsi olmalıdır; • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
• Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmr və göstərişlərin, arayışların, xasiyyətnamə və sair kadr sənədlərinin hazırlanması, imzaya təqdim edilməsi və sənədlərin vaxtında müvafiq struktur bölmələrinə təqdim edilməsi, o cümlədən mağazalara göndərilməsi; • Kadr sənədlərinin qovluqlara yığılması; • Əmək kitabçalarının yazılması (işə qəbul və işdən azad qeydlərinin aparılması); • Əmək müqavilələrinin, əlavə razılaşmaların, vəzifə təlimatlarının hazırlanması və mağazalara göndərilməsi və imzalanmasına nəzarət edilməsi; • Kadr, ezamiyyət, məzuniyyət əmrlərini Elektron Hökumət portalı və 1 C (SAP)məlumat bazasına daxil edilməsi; • Əmək haqqı kartlarının sifarişi üçün işə qəbul edilən işlərdən müvafiq formaların doldurularaq aidiyyatı banka təqdim edilməsi və əmək haqqı kartlarının işçilərə paylanılması; • Kadr, ezamiyyət, məzuniyyət, inzibati əmrlərin müvafiq jurnallara qeydiyyatını aparır. • Əmək müqavilələrinin müvafiq jurnallarda qeydiyyatını aparılması; • Əmək kitabçalarının müvafiq jurnallarda qeydiyyatını aparmaq; • Filiallardan gələn məzuniyyət və icazə ərizələrini qəbul edir və nəzarət edir. • Sosial sığorta kartları üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır və həmin qurumlara təqdim etmək; Sosial sığorta kartlarının sifarişinə nəzarət etmək və sifariş olunan Sosial sığorta kartlarını əməkdaşlara etmək; • Aylıq tabelləri hazırlamaq; • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı şirkətin əməkdaşlıq etdiyi sığorta şirkətinə vaxtında məlumatın təqdim etmək; • Xəstəlik vərəqələrinin doldurmaq və mühasibatlığa təqdim etmək;
Biz Siz təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Həftədə 6 iş günü, 1 gün istirahət; • Karyera yüksəlişi imkanı;
Müraciət etmək istəyən namizədlər aşağıdakı linkə daxil ola bilərlər:
https://jobs.talhunt.az/optimal/425-%c4%b0nsan+resurslar%c4%b1+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis
Son tarix: 20.01.2020
|