“Rifah Qrup” MMC – HiPo Region
Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.
Proqramın məqsədi: Regionlarda əmək bazarı potensialının artımına, işsizliyin azalmasına dəstək vermək. Şirkəti potensiallı, inkişafa meylli əməkdaşlarla təmin etmək, gələcək inkişaf istiqamətləri üzrə onlardan, qarşılıqlı qazanma şərtilə, fayda əldə etmək.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Özü ilə birgə təyin edilmiş proqram üzrə inkişaf etmək, - Proqram çərçivəsində verilən tapşırıqların icrası, - Proqram daxildə olan bir çox istiqamətləri əhatə edə bilər (satış, müştəri xidmətləri, operator, anbar, mühasibatlıq və digər).
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar: • Ali təhsil (iqtisadi sahələri bitirənlərə üstünlük veriləcək) • Təcrübə tələb edilmir, • İngilis dili biliyi B1-B2 dərəcə üstünlükdür, Rus dili üstünlükdür, • İqtisadi sahədə məqalə, araşdırma və ya hər hansı bu tipdə çalışmaları olubsa üstünlükdür, • MS Office (Excel, Word)
Emosional bacarıqlar və vərdişlər: • Detallara diqqətli olmaq • Araşdırmaçı ruhu • Kritik düşünmə və təhlil • Problemlərə həll edici yanaşma • Analitik düşünmə • Həvəsli, əzmli
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• İş yeri: Cəlilabad, Sabirabad, Lənkaran, Səlyan, İmişli, Biləsuvar (ətraf rayonlar ola bilər). Bu rayonlarda yaşayan, yaşama imkanı (öz evi, ailəsinin evi) olanlar müraciət edə bilər.
Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı və region qeyd edilməklə): hr@rifahqrup.az
|