İT üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: İT üzrə aparıcı mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-01 LAST UPDATED: N/A DEADLINE: 2021-01-31

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: İT üzrə aparıcı mütəxəssis

Vəzifələr:

• Şəbəkələrin işinin təşkili;
• Mağaza, ofis və serverdə internet kanallarının sabit işinin təşkili;
• SQL bazasında verilənlərin bazasının təhlükəsiz ve sabit işinin təşkili;
• Elektron ünvan serverinin sabit işinin təşkili;
• Məlumat bazasının təhlükəsiz saxlanılması;
• Verilənlərin arxivləşdirilməsi işinin təşkili;
• Server avadanlığının idarəetməsi, lazimi halda yenilənməsi;
• Server Proqram təminatının idarəetməsi;
• Ms Windows Server 2008, MS SQL Server 2008, TCP/IP sistemlərinin bilməsi;
• Linux verilənlər bazasının bilməsi;
• Əsas sistemdə problem yarandıqda verilənlər bazasının ehtiyat iş prosesinin təmin edilməsi;
• Şirkətin sabit IT sisteminin işinin və korporativ təhlükəsizlik standartlarının hazırlanması;
• Istifadəçi şifrələrinin standartlaşdırılması;
• Ofis və mağazalarda proqram təminatı işinin təşkili;
• Kompüter və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasının təminatı.

Tələblər:

• Təhsil: Ali (texniki təhsil arzu olunandır);
• Azərbaycan dillərini səlist bilməli, rus dili bilməsi arzu olunandır;
• Minimum 3 il təcrübə;
• Windows client və server əməliyyat sistemləri üzrə biliklər;
• Server platformaları, Active Direcoty, MS Exchange, Vmware , GPO üzrə dərin baza biliklərinin olması;
• TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP üzrə biliklər;
• AP, Switch, Network Printers, Scanners və s. avadanlıqların sazlanması;
• Backup sistemləri üzrə biliklərin olması ( Acronis, Norton and etc);
• İP PBX ilə iş təcrübəsi arzu olunandır;
• Microsoft Office 2007-2016 üzrə biliklər arzu olunandır;
• Məsuliyyətli, çevik və komandada işləmək bacarığı olmalı;
• Müdiriyyətin göstərişlərini vaxtında yerinə yetirməli və hesabat verməlidir.

İş şəraiti:

· AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
· Ə/H 1000-1500 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://glorri.com/abc-telecom/5fe44198f8e2ee03c21498d3-İt%2Büzrə%2Bmütəxəssis?sources=Jobsearch

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP