Leyla Medical Center MMC namizədləri Təcili tibb yardım şöbəsinə Həkim vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir; - Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir; - Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir; - Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil; - Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan - ABC Reanimasiya - IVL aparatında iş - EKQ - Dil bilikləri - Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu; - Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir); - İngilis dili arzu olunandır; - Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması; - Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı; - Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı; - Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 10 yanvar 2021-ci il. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@leylamc.az elektron ünvanına göndərə bilərlər və ya +994 55 300 10 89 nömrəsi ilə əlagə saxlaya bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının «Təcili tibbi yardım şöbəsinin həkimi»”göstərilməsi xahiş edilir.
|