Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
 
JOB TITLE: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-04 LAST UPDATED: N/A DEADLINE: 2021-02-03

Vakansiya: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis

Vəzifə öhdəlikləri:

- İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməlidir.
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
- ƏM və TT bağlı təlimatların işlənib hazırlanmasını təmin etməlidir.
- Rəhbərinə hesabatlar təqdim etməlidir.

Namizədə tələblər: 

- Ali Təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri: 

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: 700 -800 AZN;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr.recruitret@mail.ru elektron ünvanına mövzu yerinə “ƏM və TT üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP