
N21.az saytı Azərbaycan elektron ticarət bazarında yeni yaranan onlayn mağazadır. Saytda mobil telefonlar, elektronika məhsulları, televizorlar, noutbuklar, iri və xırda məişət texnikası, geyim, qab-qacaq, tekstil, parfümeriya, kosmetika və s. kateqoriyalar üzrə geniş çeşidli məhsulların nağd və hissə-hissə ödəmə şərtlərilə satışı nəzərdə tutulub. İş barədə məlumat:
- Sifariş olunan məhsulların ən qısa zamanda müştərilərə çatdırılması (Bakı, Abşeron və Sumqayıt) - Müvafiq sənədləşmənin həyata keçirilməsi - İş yeri: Gənclik metrosundan 5 dəqiqəlik məsafə, Prezident İqamətgahının yanı - İş qrafiki: 1-6-cı günlər, 09:00 - 18:00 - İstirahət: Bazar günü - Əmək haqqı: 300 AZN + bonus - Yol və telefon xərcləri şirkət tərəfindən ödənilir Namizədə tələblər:
- Yaş: 20-35 - Cins: Kişi - Müxtəlif naviqator və xəritə proqramları ilə işləyə bilmək - Müştərilər ilə mehriban davranmalı - Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməlidir - Kollektivdə komanda ilə işləmə bacarığı Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində "Kuryer" yazaraq cv@n21.az elektron ünvanına göndərmələri xahiş olunur.
|