Həkim
 
JOB TITLE: Həkim
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-05 LAST UPDATED: N/A DEADLINE: 2021-02-04

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Həkim

İşin qısa təsviri :

Günlük olaraq əraziyə çıxan işçi heyyətinin rutin kontrolunu həyata keçirmək, işçi heyyəti tərəfindən daxil olan müraciətlər əsasında müayinələri və ilkin tibbi yardımı həyata keçirmək.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Gündəlik olaraq əraziyə çıxan işçi heyyətinin rutin kontrolunu həyata keçirmək;
• İşçi heyəti tərəfindən daxil olan müraciətlər əsasında müayinələr və ilkin tibbi yardımı həyata keçirtmək;
• Tibbi ləvazimat qutularını mütəmadi olaraq diqqətdə saxlamaq;
• Növbə ərzində müvafiq qeydlər aparmaq.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali təhsil (Terapiya üzrə arzu olunandır);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Təcili tibbi yardımda çalışan namizədlərə üstünlük verilir);
• Tibbi avadanlıqlarla işləmə bacarığı;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə).

Bizim iş şərtləri :

• Növbəli iş rejimi;
• Şirkət hesabına nahar;
• İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Müxtəlif növ təlim və inkişaf proqramları;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Həkim” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP