Operator
 
JOB TITLE: Operator
EMPLOYER: N21.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-05 LAST UPDATED: N/A DEADLINE: 2021-02-04

N21.az saytı Azərbaycan elektron ticarət bazarında yeni yaranan onlayn mağazadır. Saytda mobil telefonlar, elektronika məhsulları, televizorlar, noutbuklar, iri və xırda məişət texnikası, geyim, qab-qacaq, tekstil, parfümeriya, kosmetika və s. kateqoriyalar üzrə geniş çeşidli məhsulların nağd və hissə-hissə ödəmə şərtlərilə satışı nəzərdə tutulub.

İş barədə məlumat

- Daxil olan telefon zənglərinin cavablandırılması
- Sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi və sifarişlərin qeydə alınması
- Kompüterdə zənglərin qeydiyyatını aparmaq
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
- Sifarişlərin zamanında ünvana çatdırılmasına nəzarət edilməsi
- İşçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır
- İş yeri: Gənclik metrosundan 5 dəqiqəlik məsafə, Prezident İqamətgahının yanı
- İş qrafiki: 1-6-cı günlər, 09:00 - 18:00
- İstirahət: Bazar günü
- Əmək haqqı: 300 AZN + bonus

Namizədə tələblər

- İş təcrübəsinin olub olmaması vacib deyil
- Cins: Qadın
- Azərbaycan və Rus dillərində səlis danışmaq, yazmaq
- Yazarkən qrammatik qaydalara düzgün əməl etməli
- Kompüterdə sərbəst işləmə bacarığı
- Word və Excel programlarında baza bilikləri
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı, fikirlərini rahat şəkildə izah etmək bacarığı
- Xoş səs tonuna malik olmalı
- Kollektivdə komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və inkişafa meyilli olmalı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində "Operator" yazaraq cv@n21.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP