Sistem İnzibatçısı
 
JOB TITLE: Sistem İnzibatçısı
EMPLOYER: PITS Tehcnology Solutions DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-05 LAST UPDATED: N/A DEADLINE: 2021-02-04

Vəzifə: Sistem İnzibatçısı
Şirkət: PITS Texnoloji Həllər Şirkəti
Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

Vəzifə öhdəlikləri:

- Active Directory (qaldırılması, quraşdırılması, idarə olunması) ilə sərbəst işləmək;
- Əsasən Windows əsaslı serverlərin qaldırılması və idarə olunması;
- Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Terminal serverlərin sazlanması və dəstəklənməsi;
- VMWare əsaslı virtual maşınların idarə olunması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İşlərin avtomatlaşdırılması üçün skriptinq biliklərinin olması;
- İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
- Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;

Tələb olunan təcrübə:

- Tələb olunan sahə üzrə ən az 2 il iş təcrübəsi

Bilik və Bacarıqlar:

- Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
- Windows əməliyyat sistemlərində işləmə bacarığı;
- Serverlərlə praktiki iş bacarığı;
- DNS, DHCP, RDS üzrə biliklər;
- Linux/Unix üzrə ilkin biliklər;
- VPN texnologiyaları ilə iş bacarığı;
- VMWare, Microsoft Hyper-V, Veeam Backup, SyncBackPro texnologiyalarından xəbərdar olma;
- Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma;
- Problemləri düzgün analiz edə bilmə bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qura bilmək bacarığı;
- İngilis və rus dillərində texniki ifadələri anlama və texniki sənədlərlə işləmə bacarığı;

Əlavə məlumatlar:

Uyğun gələn namizədlərlə müsahibə online olaraq aparılacaqdır.
İş günləri: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində “Sistem İnzibatçısı” kimi göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlər diqqətdən kənar qala bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP