
Vəzifənin adı : Böyük hüquqşünas – Korporativ hüquq üzrə
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ən ideal namizəd :
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli - Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməli - Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli - Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
O cümlədən :
- Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli - Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı - İşgüzar və məsuliyyətli olmalı - İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz :
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası - Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi - Komplayens siyasətinin işlənib hazırlanmsı və icrasına nəzarət - Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək - Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası - Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi - Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması - Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi - Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək - Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi - Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı - Adekvat əmək haqqı - Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək - Davamlı karyera imkanı - Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında - Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə - İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi - İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük hüquqşünas” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
|