
AZƏRSUN HOLDİNQ - Maliyyə müdiri
İş haqqında məlumat:
• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır); • Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi; • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; • Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür); • MS Office, BTP, EVHF, SAP F1 hesabatlarını mükəmməl səviyyədə bilməli; • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
Namizədə aid tələblər:
• Vergi, statistika və DSMF hesabatların hazırlanması; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi; • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Maliyyə müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
|