
Netbet MMC “CRM Analitik” vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
• Böyük həcmli məlumatların təhlili və işlənməsi; • Dövri proqnoz hesabatların tərtibi və məlumatların təqdimatı; • Müştəri bazasının modelləşdirilməsi və məhsul tətbiqlərinin fərdiləşdirilməsi; • Müştəri ehtiyacı dövrünün (customer journey) inkişafı və optimizasiyası üçün data analizi metodları tətbiq etmək; • Müştərilərlə birbaşa əlaqə şəbəkəsinin formalaşması (sms / push / call kimi əsas kanallardan istifadə edərək rabitə zəncirlərinin qurulması; rabitə tezliyinin idarə edilməsi); • CRM şöbəsini lazımı analitik məlumatlarla təmin etmə; • CRM kampanyaları üzrə səmərəlilik hesabatı; • Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili;
Namizədə olan tələblər:
• Ali Təhsil (Maliyyə, İqtisadiyyat, Marketinq, Biznesin İdarə Edilməsi); • Azərbaycan dili-səlis, rus və ingilis dilləri-yaxşı səviyyədə; • Excel və Verilənlərin emalı və təsviri baxımından aparıcı biliklər, Excel və PowerPoint proqramlarından sərbəst istifadə; • İdmana maraq və biliyin olması şərtdir; • Müvafiq sahədə ən az 3 il iş təcrubəsi; • Yüksək məntiq və analiz qabiliyyəti;
Uyğun namizədlər CV-lərini recruitment@etopaz.az e-poçt ünvanına “CRM Analitik” başlığı ilə göndərmələri xahiş olunur.
|