
İnsan Resursları üzrə kiçik mütəxəssis
Ümumi tələblər • Ali təhsil; • Yaş həddi: 21-28; • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; • MS Office (MS Excel, MS Word, MS Outlook), 1C proqramlarından sərbəst istifadə qabiliyyəti; • AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət Portalından sərbəst istifadə qabiliyyəti; • İnformasiyanın təhlili və analiz etmək bacarığı; • Azərbaycan dili, İngilis və Rus dili bilikləri üzrə biliklər; • Xanım namizədlərə üstünlük verilir; Vəzifə öhdəlikləri • E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi; • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi; • Əmək haqqı kartlarının sifariş olunması; • Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması; • İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; • İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması; • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi; • Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılması və icrasının təmin edilməsi; • Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
İş şəraiti:
• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93); • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; • Nahar şirkət tərəfindən təmin olunur; • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
|