
Ümumi məlumat
Kapital Bank namizədləri Qiymətli Kağızlar Portfeli Riskləri üzrə Analitik – aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi; • Strukturlaşdırılmış və riskləri qiymətləndirilmiş qiymətli kağızlar və pul bazarı portfeli yaratmaq üçün Bankın digər departamentləri ilə əməkdaşlıq edilməsi; • Fəaliyyətlə bağlı hesabatların hazırlanması; • Bazar riskləri sahəsində araşdırılma aparılması.
Tələblər
• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil; • Qiymətli kağızlar haqqında yüksək bilik; • Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
Üstünlük verilən bilik və bacarıqlar
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; • CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; • Əla səviyyədə praktiki Excel bacarıqları; • Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır; • İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır; • Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
|