Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin KOS kreditlərin təhlili şöbəsində Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• KOS müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək; • Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi; • Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək; • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi; • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər
• Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas) • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi • Rus və İngilis dil bilikləri müsbət qarşılanır; • CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır • Kompüter bilikləri (MS Office, Internet); • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları; • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti; • Məsuliyyətlilik və dəqiqlik; • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti; • Bank qanunvericiliyini bilmək;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
|