
“PAŞA Sığorta” ASC namizədləri Data elmi və aktuari üzrə funksional rəhbər (Data Science & Actuarial Chapter Lead ) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
• Müştəri xəritəsinin inkişafı və optimizasiyası üçün Data analizi metodlarının tətbiq etmək; • Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək; • Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi; • Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək.
Təcrübə
• Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili; • Minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir; • Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Biliklər
• Kodlarşdırma bacarıqları (Python, R və bu kimi proqramlarda işləmək); • SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq; • Data vizuallaşdırma alətləri ilə işləmək; • Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək ; • A/B testləri dizayn etmək, izləmək və təhlil etmək ; • Azərbaycan və rus dillərini səlis bilmək; • İngilis dilini bilənlərə üstünlük veriləcəkdir.
Bacarıqlar
• Güclü ünsiyyət bacarığı; • Dəyişən prioritetlərə yüksək hazırlıq; • Komanda ilə işləmək bacarığı; • Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları; • İntizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı.
Son müraciət tarixi: 15 yanvar 2021-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Data Science & Actuarial Chapter Lead” “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|