İnsan Resursları Departamentində Əmək haqqı hesablanması üzrə Mütəxəssis
 
JOB TITLE: İnsan Resursları Departamentində Əmək haqqı hesablanması üzrə Mütəxəssis
EMPLOYER: AccessBank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-06 LAST UPDATED: N/A DEADLINE: 2021-02-05

İnsan Resursları Departamentində Əmək haqqı hesablanması üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• İşçilərin aylıq əmək haqqlarının hesablanması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün daxil olunmasının təmin edilməsi;
• Son haqq-hesab, əmək məzuniyyətlərinin və xəstəlik vərəqələrinin hesablanması;
• İşə qəbul edilmiş əməkdaşlara əmək haqqı kartlarının sifarişinə dair müraciətlərin həyata keçirilməsi;
• Əmək haqqı kartları barədə məlumatların sistemdə aktivləşdirilməsi;
• Bütün Baş Ofis və Filial Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərinin yenilənməsi;
• Həyat sığortası proqramına aid sənədləşmənin aparılması;
• DSMF tərəfindən ödənişlərin vaxtında heyəta keçirilmə məqsədi ilə e-gov.az saytında xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
• Əmək haqqına dair sorğu/sualların cavablandırılması;
• İş yerindən arayışların tərtib olunması;
• Əmək haqqı üzrə daxili hesabatların hazırlanması;
• Digər əmək haqqı ilə bağlı əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması

Tələblər:

• Ali təhsil;
• İnsan Resursları (Əmək haqqı hesablanması) sahəsində ən azı 2 il iş təcrübəsi ;
• Komandada işləmək bacarığı;
• Güclü riyazi biliklər və analitik düşüncə;
• MS Office proqramlarını, xüsusilə də Excel proqramını, yüksək səviyyədə bilmək;
• İngilis və ya rus dillərində səlis ünsiyyət bacarığı;
• Təzyiq altında işləmə bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP