
Vəzifə: İdxal kateqoriya müdiri (Qida) Departament: Kommersiya Departamenti İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil • Kompüter bilikləri: MS Office • Dil bilikləri: Rus dili və ingilis dili (yaxşı səviyyədə) • Yaş: 23-40; • İş təcrübəsi: müvafiq sahədə minimum 2 il
Vəzifə öhdəlikləri:
• Bazar ehtiyacının müəyyən olunması; • Tədarükçü ilə görüşlərin təşkil edilməsi, müqavilələrin imzalanması; • Məhsulların siyahılaşdırılması, Alış və satış qiymətlərinin formalaşdırılması, dəyişdirilməsi; • Məhsul üzrə statusların müəyyən olunması; • Aksiya və endirimlərin hazırlanması; • Problemli hallar və özəl dövr üzrə alışların həyata keçirilməsi; • Ərazi ziyarətləri, günlük hesabatların izlənməsi; • Bonus və tədarükçü tutulmalarının idarəedilməsi.
Əlavə təminatlar:
• Nahar; • Korporativ nömrə; • Servis xidməti;
İş qrafiki:
İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal kateqoriya müdiri" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
|